Gəncədə yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub

Gəncədə yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub
Gəncə şəhərində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sfera.az-ın məlumatına görə, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən kişini (şəxsiyyəti dəqiqləşdirilir- red) "VAZ" markalı avtomobil vurub. Müxtəlif xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

OXŞAR XƏBƏRLƏR