Gəncədə yeni və unudulmuş xəstəxana – Niyə istifadə edilmir?

Gəncədə yeni və unudulmuş xəstəxana – Niyə istifadə edilmir?

Gəncə şəhərində yeni inşa edilməsinə baxmayaraq istifadə olunmayan xəstəxana var.


Sfera.az xatırladır ki, sözügedən səhiyyə ocağı 5 il öncə Gəncə şəhərində Müdafiə Nazirliyinə aid Hərbi Xəstəxana kimi inşa edilməyə başlayıb. Bu zərurət Gəncə şəhərində Müdafiə Nazirliyinin N saylı hərbi hissələrinin mövcudluğu ilə bağlı idi.


Bu yaxınlarda 500 çarpayılıq həmin xəstəxana müasir günün tələblərinə cavab verəcək şəkildə inşa edilərək başa çatdırıldı. Amma xəstəxana hazır olduqdan sonra Gəncədə şəhərin mərkəzində olan hərbi hissələrin cəbhə bölgəsinə, xüsusilə Şəmkirə və s istiqamətlərə köçürülməsi qərara alındı və bununla da yeni xəstəxana istifadəsiz qaldı.


Bu yaxınlarda isə Gəncədə yeni modul tipli xəstəxananın açılışının şahidi olduq. Bu özlüyündə müsbət addımdır. Lakin bununla yanaşı istifadəyə tam hazır olan və 500 çarpayılıq xəstəxananın istifadəsiz qalması təəccüb və sual doğurur.

 

Xüsusilə Pandemiya dönəmində xəstəxana qıtlığı şəraitində yeni xəstəxananı istifadəsiz saxlamağın izahı nədir?


Mövzuya qayıdacağıq


OXŞAR XƏBƏRLƏR