Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı - VİDEO

Gəncədə şəhidlərə hörmətsizlik: Bayraqlar zibil qutularına atıldı - VİDEO
Gəncədə Şəhidlər xiyabanında dəfn olunmuş şəhidlərimizin qəbirləri üzərindən gül çələngləri və bayraqlar sökülərək məişət tullantıları qutularına atılıb. 

Sfera.az xəbər verir ki, Şəhid anası Rasimə Arazova bildirir ki, qəbirstanlığa gələndə məzarın üzərində gül və bayrağın olmadığını görüb:

"Hər şey zibil qutusunda idi. Burda yatanların hamısı bizə görə vuruşub”.

Məsələ barəsində Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib ki, şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi onları yenisi ilə əvəzləməkdir:

"Məqsəd məzarların üstünü yeni güllərlə bəzəməkdir. Çünki Novruz Bayramı ilə bağlı Şəhidlər xiyabanına ziyarətə gələnlər olacaq”.
 
(Baku TV)

OXŞAR XƏBƏRLƏR