Gəncədə qadın qəzaya düşdü, xəstəxanada öldü
14:00 / 12.12.2019
1979
Dekabrın 11-də saat 15 radələrində Gəncə şəhəri ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Samux rayon sakini R.Həsənov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Şəbnəm Əmrahovanı vurub. Nəticədə ağır xəsarət almış piyada xəstəxanada ölüb.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.