Gəncədə “patı” satan şəxslər saxlanıldı - FOTO

Gəncədə “patı” satan şəxslər saxlanıldı - FOTO
Gəncə şəhərində "patı” adlanan metamfetamin satan şəxslər saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Gəncə ŞBPİ əməkdaşları tərəfindən saxlanılan Samir Hüseynovun üzərindən 0.3 qram metamfetamin aşkar edilib. 

Onun narkotik maddəni tanışı Mətləb adlı şəxsdən 10 manata aldığı məlum olub. Daha sonra saxlanılan Mətləb Əliyevin üzərindən 0.33 qram maddə olan metamfetamin aşkar edilərək götürülüb. Digər saxlanılan şəhər sakini İqbal Əlisgəndərovun üzərindən 1.25 qram heroin aşkar edilib. Şübhəli bilinən digər şəhər sakini Asif Bağırov da saxlanılıb. Onun üzərindən 0.2 qram heroin aşkar edilərək götürülüb. 

Əvvəllər məhkum olunan Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram metamfetamin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...