Gəncədə itkin düşən 32 yaşlı qadın tapıldı

Gəncədə itkin düşən 32 yaşlı qadın tapıldı

Gəncədə itkin düşən qadın tapılıb.

Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 27, mənzil 36-da baş verib.

Həmin evdə yaşayan, 1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də naməlum şəraitdə itkin düşüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadın tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR