Gəncədə intihar hadisəsi olub
Hadisə
20:13 / 09.01.2022
1262
Gəncə şəhərində 62 yaşlı kişi özünü asaraq intihar edib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsi, 8-cı küçədəki evlərin birində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Allahverdi Budaq oğlu Xanəhmədov özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.