Gəncədə iki azyaşlı övladı ilə faciəvi şəkildə ölən ananın kimliyi bilindi - FOTO
14:43 / 08.03.2021
1207
Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.
Sfera.az APA-ya istinadən dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edir:
Qeyd edək ki, Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib.
Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Bağırova onun övladları 2014-cü il Murad Məmmədov və 2015-ci il Xədicə Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.