Gəncədə gizli nişan mərasimi etmək istəyənlər saxlanılıb - FOTO

Gəncədə gizli nişan mərasimi etmək istəyənlər saxlanılıb - FOTO
 Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanılaraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.

Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçısı barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşları onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

OXŞAR XƏBƏRLƏR

Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib - FOTO

 Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq ...

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı - FOTOLAR

  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.   Sfera.az-ın  Avtosfer.az-a istinadən məlumatına görə, ...

Azərbaycanda stilist intihar etdi - FOTO

Stilist Müşfiq Musayev intihar edib.  Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alı...

Şəmkirdə top mərmisi tapılıb - FOTO

 Avqustun 3-ü saat 11:10-da Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA...

Məşhur Hindarxında əməliyyat: 2 nəfər saxlanıldı – FOTO

 Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tə...

Azərbaycanda yüzlərlə əsgəri ölümdən xilas edən həkim koronavirusdan öldü - FOTO

  Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Səlim Əzizoğlu məlumat paylaşıb.&nb...