Gəncədə avtoxuliqan saxlanıldı - FOTOLAR + VİDEO

Gəncədə avtoxuliqan saxlanıldı - FOTOLAR + VİDEO
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyev idarə etdiyi "VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Bundan başqa araşdırmalar zamanı həmin sürücünün şəhər ərazisində hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan "Niva” markalı avtomobil ilə şhər ərazisində yarış təşkil etməsi və beləliklə şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri-əməliyyat tədbirləri davam etdirilir.

Yol Polis Şpbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədn və hadisə yerindən yayınan sürücünü saxlayıb. Araşdırmalar zamanı şəhər sakini Əziz Kərimzadə saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN-dən Şamaxıda acınacaqlı vəziyyətdə olan uşaqlarla bağlı açıqlama - FOTO + VİDEO

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür. Sf...

Gəncədə avtoxuliqan saxlanıldı - FOTOLAR + VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkild...

“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu s...

Azərbaycanlı “oğru” titulunu itirdi: Kriminal dünyada qarşıdurma alovlana bilər - FOTO/VİDEO

"Oğru dünyası”nda yeni qarşıdurmanın əsası qoyulub. Söhbət azərbaycanlı "qanuni oğru” İlqar Əliyevin (İlqar Dimanisi) kriminal aləmin yüksək titulundan məhrum o...

2019-da siqnala, iki gün əvvəl içkiyə görə... - sürücü kimdir? - FOTOLAR/VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilin sürücüsünü içkili vəziy...

Bakıda qadının avtobusda 15 minlik qızılını belə oğurladılar - ANBAAN VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda cibgirlik və oğurluqlarla məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar...