Gəncədə 86 yaşlı kişi faciəli şəkildə öldü
10:54 / 16.02.2020
2556
Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.