Gəncədə 16 yaşlı məktəbli ağır qəza törətdi, özü və 13 yaşlı qız öldü - FOTOLAR

Gəncədə 16 yaşlı məktəbli ağır qəza törətdi, özü və 13 yaşlı qız öldü - FOTOLAR
Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetməni itirən 2005-ci il təvəllüdlü sürücü Əlizadə Numan Namiq oğlu ilk olaraq 13 yaşlı İbrahimova Nazlı Elşad qızını vurub və daha sonra ağaca çırpılıb.

Zərbənin təsirindən məktəbli qız hadisə yerində, 11-ci sinif şagirdi olan sürücü isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Qəza nəticəsində Əlizadə Numanın avotmobilində olan 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, həmyaşıdı Bayramov İlkin və 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu isə yaralanıblar.
 
(baku.ws)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR