Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər - FOTO + VİDEO

Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər - FOTO + VİDEO
 

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadənin uğurla davam edən təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüşü keçirilib.

Sfera.az xəbər verir ki, Gəncənin ictimai-siyasi həyatında fəallığı ilə seçilən qadın seçicilərin iştirak etdiyi görüşü Pərvin Kərimzadə açaraq, 9 fevral tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərinin əhəmiyyətindən danışıb. Yeni Azərbaycan Partiyasının namizədi ölkə Prezidenti İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı məqsədyönlü siyasətin nəticəsində intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə töhfələrini əsirgəməyən qadınların idarəetmə orqanlarında, seçki prosesində iştirakının durmadan artığını xüsusi ilə vurğulayıb. Həmçinin, deputatlığa namizəd Azərbaycan qadınların Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş olduğu dövlət qadın siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsindən danışıb. O, Birinci vitse prezident Mehriban xanım Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik kimi bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnək olduğu diqqətə çatdırılıb.

Ağbirçək ziyalılardan Kifayət Fəttahi Pərvin Kərimzadənin V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətinin çox uğurlu olduğunu, seçicilərin etimadını layiqli şəkildə doğrultduğunu qeyd edib.

Cümhuriyyətin varislərindən olan Elnura Cuvarlinskaya çıxış edərək, deputatlığa namizəd Pərvin Kərimzadənin Vətən tarixi, xüsusən də doğma Gəncə tarixi ilə bağlı elmi fəaliyyətini yüksək dəyərləndirdiiyini qeyd edib.

Günay Nəsibova çıxış edərək, Pərvin Kərimzadənin təhsil sahəsində qazandığı uğurlardan, saysız-hesabsız tələbələrinin, bir pedaqoq kimi ona olan sevgisindən, hörmətindən danışıb.

Ülviyyə Vəliyeva, Mətanət Əhmədova və digərləri çıxış edərək, fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu qeyd edib, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən parlamentə səmimiliyi, təvazökarlığı ilə seçilən deputatlığa namizəd Pərvin Kərimzadənin ən layiqli namizəd olduğunu xüsusi ilə vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...