Gəncə sakini Kürdə çimərkən boğuldu
19:12 / 18.06.2020
4013
Şəmkirdə bir nəfər Kürdə batıb.
Sfera.az "APA TV"yə istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Gəncə sakini, 1998-ci il təvəllüdlü Elman Əhmədov Kürdə çimərkən batıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti Samux rayonu ərazisində, Yenikənd su anbarı yaxınlığında tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.