Gənc icra başçısı Heydər Əliyev Fondunun aztəminatlı insanlara yardımından yazdı

Gənc icra başçısı Heydər Əliyev Fondunun aztəminatlı insanlara yardımından yazdı
 Evdə qal karantin tədbirləri çərçivəsində İsmayıllı rayonunda aztəminatlı ailələrə sovqat paylanıb. Bu barədə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov Facebook səhifəsində bildirib "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İsmayıllı rayonunda aztəminatlı ailələrə sovqatlar paylanılıb Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi "Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İsmayıllı rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılıb. Sovqatlar "bizbirlikdegucluyuk.az” portalına və RİİB-in 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında RİİB könüllülərinin iştirakı ilə İsmayıllı şəhəri və rayonun qəsəbə və kəndlərində ünvanlara çatdırılıb."  #Azerbaycan #ismayilli #İvanovka #Basqal #koronavirus #dezinfeksiya #COVID19 #CoronaVirus #İsmayıllı #Azərbaycan #Evdəqal #bizbirlikdəgüclüyük #Kürdmaşı #RİİB

OXŞAR XƏBƏRLƏR