Gənc diplomatdan etiraz - Xarici İşlər Nazirliyini tərk etdi
15:48 / 07.07.2020
3564
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşı öz istəyilə tutduğu vəzifəni tərk edib.
Sfera.az-ın məlumatına görə, Azərbaycanın Uruqvaydakı səfirliyinin əməkdaşı Emin İbrahimov öz ərizəsi ilə XİN-də tutduğu vəzifədən uzaqlaşıb.
Bir çox insanın diplomat kimi iş tapmaq arzusu olduğu bir dövrdə, gənc diplomatın XİN-dən uzaqlaşması cəmiyyətdə suallar yaradıb.
Bundan öncə də bir çox diplomatın XİN-i tərk etməsi barədə mətbuatda məlumatlar var idi.
Orxan
Sfera.az