Gənc deputat Prezidentin layihəsini məruzə etdi - VİDEO

Gənc deputat Prezidentin layihəsini məruzə etdi - VİDEO
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təqdim edilən qanun layihələrinin 2-ci oxunuşda qəbul edilib.

Sfera.az xəbər verir ki, layihədə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Deputat Kamal Cəfərov AR Prezidenti tərəfindən təqdim edilən layihələrin humanizn çəkisini, ictimaiyyət tərəfindən tam dəstək almasını və belə bir mərhələdə xüsusi əhəmiyyətini nəzərə alaraq, bütün deputatları qanun layihələrinin lehinə səs verməyə çağırıb. Bildirib ki,  bu qanun layihələrin qəbulu və tətbiqi nəticəsində minlərlə seçicilər və onların ailəsi sevinə bilər.


OXŞAR XƏBƏRLƏR