Gəlinin atası qızıllara görə bəyin ailəsini güllələdi - \"Dedim ki, qızımda qalsın...\"
12:34 / 28.09.2021
1272
Türkiyədə gəlinin
atası ailələr arasında zinət əşyaları üstündə düşən mübahisə
zəminində kürəkənini, qudalarını
və bəyin
bacısını silahla vuraraq yaralayıb.
Sfera.az xəbər verir ki, ilginc hadisə Trabzon şəhərində
yaşanıb. 11 sentyabr Qaradəniz Texniki Universitetinin Farabi Xəstəxanasında çalışan
dr. Burcu Bulut Keleş və həmkarı Ümit Keleşin toy mərasimi zamanı cütlüyün ailələri
qızıl taxma mərasimi zamanı mübahisə ediblər.
Bundan sonra 25 sentyabr ailələr arasında eyni səbəblə
mübahisə yaranıb və gəlinin atası bəyin ailə üzvlərinə silahla atəş açıb. Ailə üzvləri
xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır. Gəlinin atası isə polis əməkdaşları
təfərindən qaçarkən yaxalanıb.
Polis idarəsindəki dindirməsində gəlinin atası
Basri Bulut: "Bəyin ailəsinin toyda taxdığı qızılları istədiyini öyrənəndə
qızılların qızımda qaldığını istədim, onlar da üzərimə yeridilər. Ona görə də
atəş açmalı oldum" deyə, bildirib.
Əzizə Zeynal
Sfera.az