“Gəlib bizim ölkəyə də çıxıblar” - İnsanların başına oyun açan bu fırıldaqçılardan necə qorunmaq olar?

“Gəlib bizim ölkəyə də çıxıblar” - İnsanların başına oyun açan bu fırıldaqçılardan necə qorunmaq olar?

Xəbər verdiyimiz kimi, Amerikada yaşayan bir qrup dələduz dəstə Türkiyə klubları adından saxta transfer sənədləri hazırlayaraq gənc futbolçuları sosial şəbəkələr üzərindən aldadır. Bunun müqabilində həmin futbolçuların özündən və ailəsindən sənəd işlərinin həlli adı ilə böyük məbləğdə pul alaraq mənsimsəyir, daha sonra hesablarını silib, izlərini itirirlər. Bu hadisəyə isə Azərbaycan, Özbəkistan, Tacikistan kimi Türk dilli ölkələrin oynçuları daha çox rastlaşır. 

Bununla bağlı faktları türkiyəli tanınmış jurnalist Tanər Karaman üzə çıxarıb. Belə ki, "Traviya Futbol Agentliyi” Türkiyənin "Başakşəhər” klubu adından hazırlanan saxta sənədlə tacikistanlı Akhtamov Khamzadzhonla əlaqə yaradıb. Lakin araşdırmalardan sonra sözügedən agentliyin fırıldaqçılardan ibarət olması aşkarlanıb. 

Bəs görəsən, belə hadisələrə azərbaycanlı futbolçuların da "bulaşması” doğrudurmu? Ümumiyyətlə, bu cür hallarla rastalaşan futbolçular nə etməlidir? Onlar transfer sənədlərinin doğru olub-olmamasını necə aşkarlaya bilərlər?

Sfera.az xəbər verirki, bu suallarımıza cavab tapmaq üçün tanınmış futbol meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. O, yeni sabah-a açıqlamasında futbolçulara bunula bağlı xəbərdarlıq edib və dələduzlardan qorunmaq üçün bəzi məsləhətlər də verib:

"Adi həyatda da fırıldaqçılarla rastlaşırıq. Bu həmişə olub, həmişə də olacaq. Futbolçular, xüsusilə də, gənc futbolçular çox diqqətli olmalıdırlar. Tanımadığı menecerlərlə işləməkləri heç məsləhət deyil. Fırıldaqçı dediyimiz tərəf bilsə ki, futbolçu menecerlə işləyir, heç vaxt belə addım atmaz. Çünki menecerlər öz əlaqələri hesabına çox rahatlıqla həmin klubla dəqiqləşdirə bilərlər ki, belə təklif var, və ya yoxdur. Nə dərəcədə realdır, nə dərəcədə yalandır. Ona görə də, futbolçu və ya ailəsi belə təklif alanda kiminləsə məsləhətləşməlidirlər. Menecerlə işləməsə belə, onlarla bu barədə məsləhətləşməlidirlər. Aldadılmamağın yeganə yolu budur. Məntiqlə bu işi edənlər pul qazanmaq üçün edir”. 

S.Səfiyarlı bununla bağlı kömək məqsədilə müraciət edənlər olmasa da, belə hallarla rastalaşdığını söyləyib:

"Bunu əvvəllər Afrikada daha çox edirdilər. Afrikada futbolçulardan pul alırdılar və deyirdilər ki, sizi aparırıq filan kluba. Hətta Azərbaycan klubları adından da saxta təklif aparırdılar. Saxta sənədləri düzəldib göstərirdilər ki, guya təklif var, sənəd hazırlanması üçün də pul alırdılar. Bu saxta qruplar çoxdan var. İndi gəlib bizim ölkəyə də çıxıblar. Mən özüm də dəfələrlə bizim klublar adından saxta dəvətlər görmüşəm. Bizim bəzi futbolçulara da Avropadan mandat istəyən olur. Gətirəcəyəm deyib, sənədlər istəyənlər olur. Sonra real təklif gələndə həmin sənədləri verməkdə problem çıxır. Amma bununla bağlı məndən kömək istəyən olmayıb”. 


OXŞAR XƏBƏRLƏR