Gələn il ölkəyə koronavirus əleyhinə nə qədər vaksin gətiriləcək?

Gələn il ölkəyə koronavirus əleyhinə nə qədər vaksin gətiriləcək?
Gələn il COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Sfera.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin (dərman vasitəsi) gətirilib. Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir. 

Qeyd edək ki, indiyə qədər ölkəyə 453 600 doza "AztraZeneca” vaksini gətirilib. Humanitar yardım kimi 170 000 doza "AstraZeneca” vaksini Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana göndərilib. 

Ümumilikdə Azərbaycana 13 milyon vaksin dozanın idxalı nəzərdə tutulub. İndiyə qədər ölkəyə 12 169 030 doza "CoronaVac” dərman vasitəsi gətirilib. 

Onu da əlavə edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dərman vasitəsinin idxalı barədə” 11 mart 2021-ci il tarixli Sərəncamına əsasən Agentlik ilə Rusiya Federasiyasının "HUMAN VACCINE” MMC şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə uyğun olaraq 300 000 doza "Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub. İndiyə qədər Azərbaycana 200 000 doza "Sputnik V” dərman vasitəsi gətirilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Kişi qazancını qadınla mütləq bölməlidir, İslam da bunu deyir" - Tanınmış aparıcı

"Qadını evdə işlədib, bu onun "borcudur" təfəkküründə olan  insanlarla çox uzağa getməyəcəyik”.   Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Tural ...

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edildi

"Cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olan məlumat əsasında Baş prokuror yanında...

Zəngilan aeroportu belə olacaq - FOTOLAR

Zəngilan Beynəlxalq Hava Limanının maketinin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, maket bu gün Bakıda keçirilən "Rebuild Karabakh” – Azərbaycan B...

“Reklam televiziyası nəyə gərəkdir, nə ehtiyac vardı?” – Ekspert

Azərbaycanda reklam televiziyasının yaradılması ilə bağlı iş aparılır. Bu barədə bir neçə gün öncə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnk...

"Kişi birbaşa maaşını qadına verməlidir” - Deputatın təklifinə REAKSİYALAR

"Kişi qadına pul ödəməməlidir. Kişi birbaşa maaşını ya kartını qadına verməlidir”.   Bunu Sfera.az-a açıqlamasında psixoloq Samirə Bağırova deputat Musa ...

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib. Sfera.az-ın məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri ...