Gələn həftədən iri ticarət mərkəzləri, açıq kafe və restoranlar açılır? - AÇIQLAMA

Gələn həftədən iri ticarət mərkəzləri, açıq kafe və restoranlar açılır? -  AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi avqustun 10-da gündəlik yoluxanların və ölənlərin sayı xeyli aşağı düşüb. Belə ki, 79 nəfər kornavirusa yoluxub, 278 nəfər sağalıb, 2 nəfər isə ölüb.
Əgər yoluxanların sayı bu cür azlam ilə davam edərsə bu həftə iri ticarət mərkəzləri, açıq kafe və restoranlar açıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edərsə bir sıra digər yumşalmalara gedilə bilər:

 

"Əlbəttə bu yumşalma tədbirləri məqsədli şəkildə olmalıdır. Yumuşalmaya gedilməsi üçün də mütləq qoruyucu tədbirlər hazırlanmalıdır. Çünki bu tədbirlər sistemi işlənib hazırlanmasa və qoyulan qaydalara insanlar tərəfindən əməl edilməsə yoluxanların sayının artması müşahidə oluna bilər. Məsələn, son vaxtlar çimərliklərdə sıxlıq müşahidə olunur. Mən də dünən çimərliyə getmişdim. Çimərliklərdə insanlar çox sıxdır. Bu sıxlığın olması yoluxanların sayını artıra bilər. Bu mövqeyi nəzərdə insanlarımız da yoluxmanın sayının artmaması üçün qaydaların riyaət edilməsinə nəzarət etməlidir. Harada insanların sıxlığı varsa oradan qaçmaq lazımdır. Bu kütləvi toplaşma ilə həm özümüzü həm də digər vətəndaşlarımızı təhlükə altında qoyuruq".


OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...