Gələcəkdən gələn adamın özü ilə gətirdiyi əşya görənləri təəccübləndirdi (FOTOLAR)

Gələcəkdən gələn adamın özü ilə gətirdiyi əşya görənləri təəccübləndirdi (FOTOLAR)
3700-üc ildən gəldiyini iddia edən Mayk adlı şəxs özü ilə bərabər gələcəkdən robot parçası da gətirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Fransada doğulduğunu və 14 yaşına qədər orda yaşadığını, lakin yunan əsilli olduğunu deyən Mayk daha sonra Kanadaya köçüb. O, burada Milli Təhlükəsizlik Laboratoriyasında işə girib və bir çox gizli əməliyyatlarda iştirak etdiyini bildirib. Mayk qatıldığı əməliyyatların hərbi ixtiralar, müasir geyimlər və zaman maşınlarını ilə bağlı olduğunu deyib.
1 il əvvəl zaman maşınları ilə sınaqlar həyata keçirdiklərindən bəhs edən "gələcəkdən gələn adam" bir çoxlarını qrup şəklində və ya tək olaraq gələcəyə göndərdiklərini iddia edib. O, özü də bu qruplardan birində iştirak etdiyini və 3700-cü ilə təsadüfən düşdüklərini bildirib. 3000-ci illərdə insanların yerini robotların, süni intellektlərin və proqramların tutduğunu ifadə edən Mayk gələcəkdə neftin işə yaramayacağını və bundan gəlir əldə etməyin mümkün olmayacağını söyləyib. O, hər şeyin günəşdən əldə edilən elektriklə çalışdığını, avtomobillərin üzərinin günəş panelləri ilə örtülü olduğunu deyib.

Maykın iddialarına görə, gələcəkdə ən böyük robot təsərrüfatı ABŞ-da olacaq. Ümumilikdə isə robotların sayı 3-4 milyona çatacaq. O, bunların bəzilərinin hətta insana bənzədiklərini də ifadə edib.

Mayk 3700-cü ildə insanlarla robotlar arasında müharibə başlayacağını və yer üzündəki insanların 30 faizə yaxınının öləcəyini deyib. O, bu iddialarını gələcəkdən özü ilə bərabər gətirdiyi robot parçası ilə təsdiqləmək istəyir. Gələcəkdə olarkən şəxsən öldürdüyü bir robot lüküdən götürdüyü parçanı nümayiş etdirən Mayk həmçinin tülkülərin çox sürətli olduqlarını və yüksəyə tullana bildiklərini, onları zərərsizləşdirməyin isə olduqca çətin olduğunu bildirib.
 


OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...