“Galendewagen”lə qəza törədən sürücü həbs olundu - VİDEO

“Galendewagen”lə qəza törədən sürücü həbs olundu - VİDEO
 Martın 29-u paytaxtın Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərək yolayrıcında qəza törədən paytaxt sakini Rüfət Qocayev hadisənin təfərrüatları barədə oxu.az-a danışıb.

Rüfət bildirib ki, özünə məxsus 10 ZO 211 dövlət nömrə nişanlı, "Galendewagen” markalı avtomobil ilə məşqə gedirmiş: 

"Yol boş olduğu üçün yanımda əyləşən dostum kameraya çəkirdi. Yolun sol tərəfində dostumun dükanı var. Ona tərəf baxırdım. Bu zaman sağdan gələn avtomobil bizi vurdu. Həmin vaxt işıqforun qırmızı işığını görməmişəm.”

Sürücü bildirib ki, sosial şəbəkələrdə yayılan videoda "gör indi qaqan nağarajax” sözü onlara aid deyil. Sonradan videoya montaj edilib.

"Əslində mən hər hansı qayda pozmaq niyyətində olmamışam. Sadəcə sükan arxasında diqqətsiz olmuşam. Səhvim odur ki, orada piyadaya yol verməli idim. Əməlimdən peşmanam ki, qəza törətmişəm. İstəməzdim, belə olsun. Yaxşı ki, yolda adam olmayıb. Kiməsə zərər vura bilərdim. Ümumi olaraq demək istəyirəm ki, hansısa qəsdən qayda pozmaq, yaxud avtoxuliqanlıq etmək niyyətim olmayıb. Düzdür sükan arxasında diqqəti olmalı idim. Yəqin ki, bir daha bu cür səhvlər etmərəm” - deyə sürücü qeyd edib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, İdarənin əməkdaşları sürücünün müxtəlif vaxtlarda hərəkət trayektoriyasını təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar ediblər: 

"Məlum olub ki, sürücü bir neçə dəfə də qaydaları pozub. Hətta, aeroport yolunda digər bir avtomobil ilə sanki yarışıb. Amma sürücü bildirib ki, o şəxsi tanımır və yarış məqsədi ilə avtomobil idarə etməyib”.

Qeyd edək ki, sürücü barəsində yol polisi tərəfindən inzibati qaydada protokol tərtib olunub. Amma videogörüntülər sosial şəbəkələrdə yayılandan sonra ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Eyni zamanda, sürücünün digər əməlləri də ağırlaşdırıcı hal kimi qəbul olunub. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Rüfət Qocayev barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətində inzibati həbs tədbiri seçilib.

Xatırladaq ki, hadisə 29 mart saat 12 radələrində Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. Hadisədə işıqforun qırmızı işığında aşkar şəkildə hərəkət edən 10 ZO 211 dövlət nömrə nişanlı, "Mercedes Galendewagen” markalı avtomobilin sürücüsü Qocayev Rüfət Həsənoviç Vəliyev Zaur Eldar oğlunun idarə etdiyi 90 VB 101 dövlət nömrə nişanlı, "Mercedes ML” markalı avtomobil ilə toqquşub.




OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...