Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...

Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...
 Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Sfera.az-ın məlumatına görə, Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli rayon İcra Hakimiyyəti başçısının, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Ailəlidir, 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Zibeydə Hacıyeva Hacıyev Şakiri qızıdır. Digər həlak olan iki şəxs isə H.Şakiri bacısı və qardaşıdır.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR