Füzulidə bu idman obyektlər bərpa olunacaq - SİYAHI

Füzulidə bu idman obyektlər bərpa olunacaq - SİYAHI
Gənclər və İdman Nazirliyi azad olunmuş Füzuli rayonunun işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını tərtib edib.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, orada əvvəl şəhər stadionu, Uşaq-Gənclər idman məktəbi, güllə atıcılığı tiri (iki ədəd), Şahmat məktəbi və kənd futbol meydançaları (18 ədəd) olub.

Bütün bunlar erməni vandalları tərəfindən dağıdılıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi daha əvvəl Cəbrayıl, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında əvvəllər mövcud olmuş həmin qurğuların siyahısını tərtib etmişdi.

OXŞAR XƏBƏRLƏR