No Image
No Image

Füzuli-Şuşa yolu bu tarixdə istifadəyə veriləcək - RƏSMİ

Füzuli-Şuşa yolu bu tarixdə istifadəyə veriləcək - RƏSMİ
"Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq Şuşa yolu ilə rahat gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur”.

AAYDA-dan Sfera.az-a verilən məlumata görə, buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də start verilib:
 
"Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84.6 km təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından  ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihənin icrası 2022-ci il ərzində tamamlanacaq”.

Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

2 ay komada qalan qazimizdən xəbər var - VİDEO

44 günlük vətən müharibəsində Murovdağ istiqamətində ağır xəsarət alaraq 2 ay komada qalan qazimizdən xəbər var. Qazimiz bu yaxınlarda Türkiyəyə müalicəsini dav...

Bu gün Qarabağ üzrə İşçi Qrupun növbəti iclası keçiriləcək

Bu gün Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası baş tutacaq. Sfera....

Şuşanın azad edildiyi gün çəkilən FOTO

Şuşanın işğaldan azad olunduğu gün hərbçilərimizin qələbə fotosu çəkilib.  Sfera.az xəbər verir ki,  bu barədə foto sosial şəbəkələrdə paylaşılı...

"Meyvəli" bazarında yanğın söndürüldü

Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata gör...

Hakim Mahmud Ağalarov dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?

Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı sabah məhkəmə iclası keçiriləcək.   Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər mə...

Sabahdan məktəblər koronavirusa görə bağlanır? - RƏSMİ CAVAB

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb.    Sfera.az BAKU.WS-a istinadən xəbər ...