No Image
No Image

Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? - Açıqlama

Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? - Açıqlama
"Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
 
O bildirib ki, Ərdoğanın imzalanacaq müqaviləni "Türkiyə və Azərbaycan arasında ən böyük saziş” adlandırması və Şuşadan öncə Füzuliyə gəlməsi bu kontekstdə diqqət çəkir:

"Füzulidə hava limanı inşa edilir, il ərzində uçuş-eniş zolağı istifadəyə veriləcək. Türkiyənin Azərbaycanda hərbi hava bazasının yaradıla biləcəyini və bunun Zəngəzur dəhlizinə yaxın bölgədə - Zəngilanda ola biləcəyini yazmışdıq. Mümkündür ki, bölgə olaraq Füzuli seçilsin. Birincisi, Füzuli hava limanının inşası daha tez başa çatdırılacaq. İkincisi, Türkiyənin Füzulidə hərbi mövcudluğu Zəngəzur dəhlizinə coğrafi yaxınlıqla yanaşı, İrandan gələcək biləcək təhlükələrə qarşı da qalxan rolunu oynaya bilər”.

Politoloq qeyd edib ki, Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun rəsmiləşməsinin hərbi baza olaraq yox, başqa formada ola biləcəyi də istisna deyil: "Əsas məsələ bu mövcudluğun rəsmiləşməsidir. Ərdoğanın Şuşadan öncə Füzuliyə gəlişi Füzuli hava limanının Türkiyə ordusunun istifadəsinə verilə biləcəyi ehtimalı da önə çıxarır”.
 
Günay
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? - Açıqlama

"Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər...

Madər Musayev: “Deputat maaşım dolanışığıma kifayət edir” - MÜSAHİBƏ

  Sfera.az Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayev...

“Oğlum gömrük sistemində 10 ilə yaxın idi sədr müavini işləyirdi”- Millət vəkili

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli müsahibə verib. Akademik...

Azərbaycan xalqı verilən fərman və sərəncamların bəhrəsini görür

Arzuman Abdulkərimov: "Qaragürühçular, xaosçuların dediklərinin heç bir məntiqi əsası yoxdur" Artıq bir neçə aydır ki, Azərbaycanda sosial sferada çox...

Maaşınızdan bu qədər sığorta tutulacaq - Hər ailənin həkimi olacaq

 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun müsahibəsi: - Artıq icbari tibbi sığorta ölkə ə...

Hadi Rəcəbli: “Mən 15 yaşımda 45 manata fəhlə işləmişəm, məgər çətinlik nədir, bilmirəm?”

"Deyirəm, oğlun gəlsin, fermada işləsin, deyir, Hadı müəllim, ayıb deyil, sənin oğlun fermada işləyər?!” Deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəs...