“Füzuli Hava Limanı buna görə qapılarını ilk olaraq Türkiyə təyyarələrinin üzünə açdı” – Şərh

“Füzuli Hava Limanı buna görə qapılarını ilk olaraq Türkiyə təyyarələrinin üzünə açdı” – Şərh
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra ölkəmizə 3-cü səfəri gerçəkləşdi. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə birgə bu hava limanının açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsinin özü siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj vermiş oldular”.

Bu sözləri Sfera.az-a politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən buraya mütəmadi uçuşlar həyata keçirilə bilər:

"Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin asanlaşmasına şərait yaratmış olur. Daha sonra hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Bu təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılamasına kimin qarşı çıxmasından asılı olmayaraq, bu dəhliz mütləq açılacaq.
 
Nəhayət, hər iki ölkə lider arasında həm təkbətək görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər.

Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə Prezidentinin Azərbaycana səfəri və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir. Bu aqressiyanın əsas təzahürlərindən biri isə Dağlıq Qarabağ termininin işlədiləməsidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...