Füzuli Ələkbərovun şirkəti cərimələnib

Füzuli Ələkbərovun şirkəti cərimələnib
 

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "İmprotex Trucks and Buses” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Sfera.az xəbər verir ki, Palata tərtib etdiyi protokolu baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Improtex Trucks and Buse" MMC sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. 

"İmproteks Şirkətlər Qrupu"na minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir.

MAN Truck and Bus AG-nin Azərbaycanda rəsmi idxalçısısı olan "Improtex Trucks and Buses" MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir. (Report)


OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...