Futbolda “ingilis barmağı” - Çempionlar Liqasına alternativ yaradılması nəyə xidmət edir?

Futbolda “ingilis barmağı” - Çempionlar Liqasına alternativ yaradılması nəyə xidmət edir?
Avropanın 12 nəhəng futbol klubu Avropa Super Liqası yaratmaq niyyətinə düşüb.  Əsasən İngiltərədən qaynaqlanan bu ideyanı dəstəkləyən klublardan 6-sı məhz bu ölkəni təmsil edir. Bunlar "Mançester Siti”,  "Mançester Yunayted”,  "Liverpul”,  "Arsenal”, Çelsi” və "Totenhem” klublarıdır.  Bundan əlavə 3 İspaniya nəhəngi, "Real” (Madrid), "Barselona” və "Atletiko” (Madrid), habelə İtaliya güclüləri olan "Yuventus”, "İnter” və "Milan” klubları da həmin turnirdə  iştirak etmək niyyətlərini ortaya qoyub. 
 
Gələcəkdə isə bu siyahı digər nəhəng klubların hesabına daha da genişlənə bilər. Söz yox ki, bəzi klubların bu addımı UEFA və FİFA tərəfindən kəskin narazılıqla qarşılanıb. Onlar  həmin klublara qarşı bəzi qadağa və sanksiyalar tətbiq edəcəyini bəyan ediblər.

Görəsən, sözügedən 12 klubun bu ideyasının arxasında hansısa siyasi maraqlar dayanmırmı? Sirr deyil ki, idman sahəsi çoxdan siyasiləşib.

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, sözügedən ideyanın arxasında sözsüz ki, siyasi maraqlar dayanır: "Futbol üzrə Avropa Super Liqası ideyasının arxasında "JP Morgan Chase” şirkəti dayanır. "2,5-2,7 trilyon dollara sahib "JP Morgan” ABŞ-ın nəhəng 4 bank-maliyyə konqlomeratından biridir, dövlət içində dövlətdir. "Rokfellerlərin bankı” da adlandırılır, çünki 2000-ci ildə "Morgan” ilə birləşən "Chase Manhattan Bank”ın qurucu ortaqlarından olan "Chase National Bank”ın təməlində Rokfeller ailəsinin "Equitable” bankı dayanır. ABŞ Federal Rezerv Sisteminin (FED) yaradılmasında da bu strukturların və ailələrin rolu var.
 
Məlumatlara görə, "JP Morgan” Avropa Super Liqasına bu işi qurmaq üçün 6 milyard avro ayırıb. İştirakçı klublar hər il 264 milyon avro ayaqbasdı alacaq, qazanılacaq uğurlara görə əlavə gəlirlər də olacaq”.

Həmsöhbətimizin  fikrincə, bu layihədə "Brexit”dən sonra formalaşmaqda olan düzənin ruhu hiss olunur: "Bu qədər nəhəng layihədən söhbət gedirsə, onda bunu siyasətdən tam ayrı düşünə bilmərik. İdeya müəllifləri Britaniya futbolunun nəhəngləridir, Avropa Birliyinin liderləri olan Almaniya və Fransa futbolunun nəhəngləri - Bayern və PSG isə orada yoxdur. İngilislər futbol oyununu sistemləşdirib, onu bütün dünyanın sevimlisinə çeviriblər. İndi sanki eqoist uşaq kimi topu götürüb gedir və dar çərçivədə, daha elit bir mühitdə futbol oynamaq istəyirlər. Amma layihənin arxasında Britaniya hökumətinin dayandığı inandırıcı deyil”.

Politoloqun qənaətincə, belə layihələrin ortaya atılmasında UEFA və FİFA-da geniş yayılmış korrupsiya, rüşvət kimi məqamlar da müəyyən stimul verib: "Dünya və Avropa futbolunu inhisara almış UEFA və FİFA-nın korrupsiya, rüşvət girdabında boğulduğu, futbolu çirkaba batırdıqları artıq bir gerçəkdir. FİFA və UEFA-nın seçkili orqanları dünya və qitə federasiyalarının nümayəndələrinin səsi ilə formalaşır, hər seçkidə böyük miqdarda rüşvət paylanır, nümayəndələrin səsləri satın alınır. Hətta dünya, Avropa birinciliklərinin ev sahibliyi də pul müqabilində satılır, bununla da futbol "təmiz oyun” kimi gözdən düşür, ləkələnir.

Düzdür, hələlik UEFA-nın məhv olmasından danışmaq  tezdur. Amma 12 böyük klub ayrıldıqdan sonra Çempionlar Liqasının həm reklam gəlirləri, həm də populyarlığı kəskin şəkildə aşağı düşəcək. Bir sözlə,  sözügedən ideyasının arxasında "JP Morgan Chase” şirkəti dayanırsa, UEFA gedib, mini futbal və ya plyaj futbolu ilə məşğul olsa yaxşıdır”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...