Futbol üzrə I Divizionun başlama tarixi açıqlanıb

Futbol üzrə I Divizionun başlama tarixi açıqlanıb
 

Azərbaycan çempionatının I Divizionunda 2020/21 mövsümünün komanda sayı və yarışın başlama vaxtı dəqiqləşib.

 

 

Sfera.az  saytının məlumatına görə, Peşəkar Futbol Liqası yarışda 10 komandanın mübarizə aparacağını açıqlayıb.

 

I Divizionda mübarizəyə oktyabrın 1-də start veriləcək. 3 dövrə keçiriləcək turnirdə 5 klub və 5 əvəzedici komanda qüvvəsini sınayacaq.

 

Bunlar "Turan Tovuz”, "Zaqatala”, "Sabah-2”, "Neftçi-2”, "Kəpəz”, "Keşlə-2”, "Sumqayıt-2”, "Qarabağ-2”, MOİK və "Qaradağ Lökbatan”dır.

 

Yarışın püşkatma mərasimi oktyabrın 24-də keçiriləcək. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq. Azərbaycanda davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.


OXŞAR XƏBƏRLƏR