Fransız kəşfiyyatının erməni cəbhəsi – İzlər Marselə aparır

Fransız kəşfiyyatının erməni cəbhəsi – İzlər Marselə aparır

İrəvanın kürd terror təşkilatları ilə təmaslarının ifşa dalğası, eləcə də Livan ermənilərinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinə daşınması əməliyyatları, "hansı Avropa dövlətinin kəşfiyyat xidməti "Ermənistanın Yaxın Şərqə qayıtmasına" havadarlıq edir və bunu etməkdə məqsədi nədir?” sualını meydana gətirir.


Amma əvvəlcə başqa bir suala cavab vermək lazımdır - hansı Avropa ölkəsində erməni diasporu daxili siyasətdə xüsusi rol oynayır və seçki prosesinə təsir göstərə bilir? Cavab bəllidir– Fransa.




56 yaşlı fransalı siyasətçi Paskal Şamasyan hesab edir ki, Marsel erməni diasporunun beşiyidir. Bəzi məlumatlara görə, Marseldə təxminən 100.000 erməni əsilli insan yaşayır ki, bu da bütün sakinlərin təxminən 10% -ni təşkil edir. Erməni təşkilatların öz hesablamalarına görə isə Marseldə və onun ətrafında 180 mindən çox erməni yaşayır ki, bu da "Miqrantlar və Hüquqi Qiymətləndirmə Mərkəzi”nin avropalı tədqiqatçılarının məlumatları ilə təsdiqlənir.


Şəhərin 6 bələdiyyə bölgəsində əhalinin böyük hissəsini ermənilər təşkil edir və orada yüksək ictimai mövqe tuturlar. Belə ki, Marselin 7-ci bölgəsinin bələdiyyə başçısı Garo Ovsepyan, 6-cı bölgənin bələdiyyə başçısı isə Frederik Durnayandır. Şəhərin vitse-meri, erməni icmasında və dolayısı ilə təkcə Marseldə deyil, bütövlükdə Fransada erməni lobbiçiliyində mühüm rol oynayan erməni mənşəli məşhur fransalı dizayner Didye Parakyandır.

 

O üzdən Marseldən və ətraf bölgələrdən Fransa senatına namizədlərin demək olar ki, hamısının ermənipərəst mövqe tutması təəccüblü deyil. Seçkiqabağı dövrdə, namizədlərin əksəriyyəti üçün erməni seçicilərin səsi həlledici olur. Şəhərdə bütün ənənəvi erməni partiyalarının filialları və ofisləri fəaliyyət göstərir.

 

Amma diasporanın təsiri Marsellə məhdudlaşmır. Hazırda çoxsaylı erməni koloniyaları Paris, Marsel və ətraf bölgələrlə yanaşı, Lion, Qrenobl, Vyana, Valensiya, Nitsa və digər şəhərlərdə də mövcuddur. Bir sıra tanınmış mağazaının lövhəsində erməni soyadlarına rast gəlmək olar. Misalçün, fransız geyim bazarında Alen Manukyanın brendi, ayaqqabı bazarında isə Kelyanın məhsulları populyardır. Alenn Miklinin yaratdığı eynək kolleksiyası bütün dünyada məşhurdur.




Parisdə yaşayan Petrosyanlar kürü idxalını inhisarlaşdırıblar. Sənayeçi Mikael Aslanyan dünyaşöhrətli "Aslanov” arağını yaradıb, Armen Melkonyan isə Fransanın ən yaxşı 11 şərab istehsalçısından biridir. Qeyd edək ki, sadalananlar erməni diasporunun sözügedən Avropa ölkəsinin iqtisadiyyatına və cəmiyyətə təsir göstərməyə malik digər strukturlarına inteqrasiyasının tam siyahısı deyil. Təbii ki,bu da İrəvanla münasibətlərdə Paris siyasətçilərinin üzərinə müəyyən öhdəliklər qoyur.


"Çətinliklərin miqyasından asılı olmayaraq, ermənilər hər zaman Fransanın dostluğuna arxalana bilər. Öhdəliklərinə sadiq qalan Fransa, amalı sülh və tərəqqiyə olan erməniləri dəstəkləyir”. Bu fikir Emmanuel Makronun ermənilərin Osmanlı imperiyasındakı "soyqırımı”nın 105-ci ildönümü münasibətilə Paşinyana ünvanladığı məktubundandır.

 

Ammaöhdəliklərin olduğu yerdə, fransız diplomatiyası və kəşfiyyatı üçün imkanlar pəncərəsi də var. "Fransa, Ermənistanda fəaliyyət göstərən Fransa İnkişaf Agentliyi (AFD) vasitəsi ilə Ermənistana 50-80 milyon avro məbləğində dövlət siyasəti krediti verilməsi məsələsini nəzərdən keçirməyə hazırdır",- deyə Makron bu ilin iyun ayında Nikol Paşinyanayolladdığı "dəstək məktubu"nda bildirib.


 

Aydın məsələdir ki, bu cür səxavətli jestlər İrəvandan qarşılıqlı addımlar tələb edir. Bəs Ermənistan Fransanın bu "yaxşılığı”na necə cavab verməliddir? Əlbəttə ki, Parisin Türkiyəyə qarşı başlatdığı "yeni səlib yürüşü”nə dəstək verməklə. Təbii ki, bu arada Azərbaycan da "fransız zərbəsi”nə tuş gəlir.

Belə bir müttəfiqi necə məmnun etməmək olar axı, xüsusilə də indi, Fransa ilə Ermənistanın strateji hədəfləri üst-üstə düşdüyü bir zamanda. Parisdə hazırlanan sxem kifayət qədər sadə görünür: "Biz Türkiyəyə qarşı kampaniya aparırıq, siz isə İrəvanda onun strateji müttəfiqi olan Azərbaycan üçün maksimum problemlər yaradırsınız. Bu işdə kəşfiyyatımızın imkanları sizə kömək edəcək".




Onu da deyək ki, Fransanın xüsusi kəşfiyyat orqanları ilə Daşnaksütyunun gizli hərbi qanadı arasındakı münasibətlərin tarixi ötən əsrin 20-ci illərinə gedib çıxır. Bu əlaqə bu gün həm Fransa ərazisində, həm də Yaxın Şərqdə fəaliyyət göstərən erməni diasporları ilə davam edir.


"Məqsəd vasitələri doğruldur”,- Paris və İrəvanda belə düşünürlər. Amma mövcud şəraitdə fransızların vəziyyəti daha həssasdır. Erməni tərəfi heç bir sahədə o qədər də etibarlı müttəfiq deyil.

 

Bu gün Parisin və fransız kəşfiyyatının İrəvanı və erməni diasporlarının gizli şöbələrini öz qaydaları ilə oynamağa məcbur etdiklərinə inamı nə qədər güclüdürsə, məyusluqları da bir o qədər güclü və qalmaqallı olacaq.

//haqqin.az/news/189834

 

 

Selcan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...