Fransız deputatlar Füzulidə erməni vəhşiliyini gördülər

Fransız deputatlar Füzulidə erməni vəhşiliyini gördülər
Fransa Milli Assambleyasının nümayəndə heyəti işğaldan azad olunan Füzuli şəhərinə səfər ediblər.

Qonaqlara ermənilərin şəhərdə törətdikləri vandalizm aktları, dağıntılar barədə məlumat verilib.

Bildirilib ki, erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. 1993-ci il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib.

Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.

Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı qonaqların diqqətə çatdırılıb ki, bu dağılmış tikili XIX əsrə aiddir. Rayonun işğalına qədər yararlı vəziyyətdə olub. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"İran İsraillə Azərbaycanın yaxınlaşmasından narahatdır" - Analitik

"İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər bütün bölgənin sülhü və sabitliyi üçün həyata keçirilir...

DYP-dan COVİD pasportu olmayan sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nəqliyyatı ilə yük​ və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə vaksinasiya ilə bağlı mü...

BBC: Ermənilər müharibənin 1 ili haqqında nə düşünür? - VİDEO

Yerevan sakinlərindən müharibədən keçən bir il ərzində onların həyatında nəyin dəyişdiyi ilə bağlı sorğu keçirilib. Sfera.az xəbər verir ki, sorğunu BBC...

Əliyev şəhidlərin xatirəsi önündə dünyaya bu mesajları verdi – BAKI HÜCUMDA OYNAYIR

"Müharibənin ildönümündə hələ də Qarabağla bağlı təhdidlər, risklər mövcuddur. Prezident İlham Əliyev Anım Günündə bu təhdidlərlə bağlı Azərbaycanın mövqeyini...

Prezidentdən kəskin MESAJ: “Səbrimizin müddəti var”

"Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini kobudcasına pozur”.   Sfera.az bildirir ki, bunu Prezident İlham Əliyev "Anadolu agentliyi"nə müsahibəsi ...

Prezidentdən Ermənistana növbəti XƏBƏRDARLIQ

"Şəhidlərimizin anım günündə bir daha demək istəyirəm əgər biz görsək erməni faşizmi baş qaldırıb yeni təhlükə mənbəyi yaranırsa, heç tərəddüd etmədən erməni fa...