Fransanın qırıcı təyyarəsi qəzaya uğradı
18:38 / 20.07.2021
1064
Fransa Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000” çoxfunksiyalı qırıcı təyyarəsi Malinin şimalındakı Hombori ərazisində qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Reuters” Fransa ordusunun nümayəndəsi, polkovnik Paskal İanniyə istinad edərək məlumat verib.
Onun sözlərinə görə, qırıcının hər iki pilotu sağ qalıb. Ehtimal edilir ki, qəzaya səbəb texniki nasazlıqdır.