İdman

Fransanın futbol üzrə çempionatı vaxtından əvvəl başa çatdı

Fransanın futbol üzrə çempionatı vaxtından əvvəl başa çatdı
 Fransanın 2019/20 mövsümünün futbol üzrə çempionatı vaxtından əvvəl başa çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Yarış koronavirus pandemiyasına görə martın 13-də dayandırılıb. Çərşənbə axşamı ölkənin baş naziri Eduar Filipp bildirib ki, kütləvi idman tədbirləri sentyabra qədər keçirilməyəcək.

Federasiya bəyanatında ölkə yarışının keçirilməsi ilə məşğul olan peşəkar futbol liqasından Fransa birinciliyinin idman nəticələri haqqında informasiyanı mümkün qədər tez verməyi xahiş edib. Federasiyanın İcraiyyə Komitəsi 2020/21 mövsümü çempionatının başlanması üçün şərtləri müzakirə etmək məqsədilə yaxın vaxtlarda toplaşacaq.

Fransa çempionatı 28-ci turdan sonra qeyri-müəyyən müddətə dayandırılıb. Turnir cədvəlinə PSJ liderlik edir.

Daha əvvəl UEFA milli çempionatları avqustun 2-ə qədər başa çatdırmağı məsləhət görüb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031