Fransanın baş naziri istefa verdi, xələfi qadındır
21:28 / 16.05.2022
1916
Fransanın baş naziri Jan Kasteks istefa verib.
Baş nazirin yeni hökumətə daxil olmaq istəmədiyi bildirilib.
Qeyd olunub ki, Kasteks prezident seçkilərindən dərhal sonra istefa verməyi planlaşdırıb. Lakin yenidən prezident seçilən Makron ondan hökumətdəki dəyişikliklərə qədər vəzifəsində qalmasını xahiş edib.