“Fransanı apardığı siyasətə görə cəzalandırırlar” – Avstraliyanın ardınca İsveçrə də bu addımı atdı

“Fransanı apardığı siyasətə görə cəzalandırırlar” – Avstraliyanın ardınca İsveçrə də bu addımı atdı
Avstraliya Fransadan üz çevirirək ABŞ-la nüvə razılaşması əldə etdikdən sonra İsveçrə də anoloji addım atıb.

Belə ki, İsveçrə Fransadan "Rafale” təyyarəsi əvəzinə ABŞ-dan F-35 qırıcısını alacağını bildirib. Bütün bunlar öz növbəsində Fransaya milyardlarla dollar itki verir.

Maraqlıdır, ölkələrin Fransadan uzaqlaşması nəyə işarədir? ABŞ-la əməkdaşlıq Fransanın blokadaya alınması anlamına gələ bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri bəzi ölkələrin Fransadan uzaqlşamasının Makronun yürütdüyü siyasətlə əlaqələndirib. Mütəxəssis Emmanuel Makronun uğursuz dövlət başçısı və siyasətçi kimi səciyyələndirib:

"Konkret kəşfiyyat informasiyaları olmasa da Avstraliyadan sonra İsveçrənin də Fransaya qarşı demarşı hansısa üstünlüyün qazanılması, yəni yaxşı texnikanın əldə olunması ilə bağlı deyil. Hiss olunur ki, Fransanı apardığı siyasətə görə cəzalandırırlar. Fransa prezidenti Makron NATO əleyhinə çıxışları ilə fərqlənən dövlət başçılarından biridir. Bu səbəblə arxa cəbhədə Fransa bir çox oyunlardan kənarda saxlanılırdı.

Məlum olduğu kimi, ABŞ Əfqanıstandan çıxarıldıqdan sonra artıq Avropa Birliyinin özünün ordusunun yaradılması müzakirə olunur. Bu məsələdə Makron öndə gedən siyasətçilərdən biridir. Bu baxımdan Avstraliya və İsveçrənin siyasəti başadüşüləndir. Bütün bu imtinaların kökündə Fransada keçiriləcək prezident seçkiləri dayanır. Makronun bu günədək xarici siyasətdə heç bir uğuru yoxdur. Biz bunu Qafqazda, Qarabağda da gördük. 100 milyarddan artıq bir müqavilənin ləğvi Makronun siyasi nüfuzuna ciddi şəkildə təsir edəcək. Bütün bunların fonunda aydın olur ki, qlobal güclər Makronu 2022-ci ildən etibarən prezident görmək istəmirlər".
 
Politoloq Fransanın yeni prezidentinin Qafqaz siyasətində daha radikal mövqe tuta biləcəyini istisna etməyib. Ekspert buna səbəb kimi erməni lobbisinin maliyyəsini göstərib:

"Uzun müddətdir ki, Fransada prezidentlər bir-birini əvəzlədikcə biz Fransanın Cənubi Qafqazla bağlı siyasətinin dəyişmədiyini görürük. Buna da səbəb Fransada mövcud olan güclü erməni lobbisidir. Prezident seçkilərində iştirak edən və ermənilərin maliyyə gücündən yararlanmaq istəyən şəxslər də xarici siyasətdə ermənilərə üstünlük verməyi seçirlər. Əgər prezidentlər Fransanın geosiyasi maraqlarını üstün tutsaydılar, vəziyyət köklü şəkildə dəyişərdi. Makron prezident seçilməsə, daha radikal birinin seçilməsi mümkündür ki, belə olan halda da bütün region üçün Fransa siyasəti ciddi mənada sual altına düşür".
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...