Fransalı professor: \"İqtisadiyyat dirçəldikcə, neftin qiyməti qalxacaq“

Fransalı professor: \

"Əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçəldikcə, neftin qiyməti də qalxacaq".

Bu fikirləri "Report”un Fransa bürosuna Parisin Sarbon Universitetinin Urbanizm İnstitutunun direktor müavini, professor Jan-Antuan Düpra (Jean-Antoine Duprat) bildirib.

 

Professor bildirib ki, tibbi böhran bitdikdən sonra iqtisadiyyat dirçəlməyə başlayacaq və bu da neftin qiymətinin qalxmasına səbəb olacaq:

"Neftin qiymətinin düşməsinə iqtisadiyyatın tənəzzülü səbəb olub. Neft hasil oldunduqca, istehlak da olmalıdır. İqtisadiyyatda durğunluq baş verən zaman neftə ehtiyac azalır. Nefti isə nə saxlamaq, nə də atmaq mümkün deyil. Eyni zamanda, neft dayanmadan istehsal olunan bir xammaldır. Lakin əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçələn kimi neftin qiyməti də qalxacaq".

Jan-Antuan Düpra iqtisadiyyatın yenidən dirçələcəyi vaxta da aydınlıq gətirib:

 

Jan-Antuan Düpra

 

"Neft əsasən elektrik istehsalı, avtomobillərin hərəkəti üçün istifadə olunur. Lakin unutmayaq ki, bunlardan başqa neft hava nəqliyyatında, təyyarələrin hərəkəti üçün də əsas xammaldır. Bu da o deməkdir ki, neftin qiymətinin tam qalxmasını yalnız beynəlxalq hava xətlərinin tam bərpasından sonra gözləmək olar. İqtisadiyyatın yenidən canlanması isə böyük ehtimalla bu il deyil, 2021-ci ilin sonu, 2022-ci ildə baş verəcək".

Jan-Antuan Düpra bu gün dünya bazarında neftin qiymətinin düşməsinə yalnız koronavirusla bağlı baş verən iqtisadi tənəzzül səbəb olduğunu bildirib. Lakin onun sözlərinə görə, neftin qiymətinin düşməsinə ölkələrin birgə siyasi razılıqları da səbəb ola bilər:

"Ancaq neftin dünya bazarında qiyməti yalnız alıcı və satıcı münasibətləri əsasında tənzimlənmir. Neft istehsalçısı ölkələr danışıqlar yolu ilə neftin qiymətinə dair qərar verə bilərlər. Koronavirusun yayılmasından qabaq Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ı çətinliyə salmaq məqsədi ilə artıq neftin qiymətinə dair razılıq əldə etmişdilər. Bu ölkələr bu gün də birgə siyasi, strateji seçimlərini etməkdə azaddırlar".


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...