Fransalı ekspert: \"Alternativ enerji taleyini əlində saxlamaq istəyən ölkə üçün böyük üstünlükdür\"

Fransalı ekspert: \
 

"Qarşıdakı illər alternativ enerji sahəsində əsaslı dəyişikliklər dövrü olacaq".

Bunu "Report”un yerli bürosuna Fransanın Ekologiya, Enerji və Dəniz Nazirliyinin Yaşıl İqtisadiyyat Komitəsinin üzvü, strategiyalar üzrə ekspert Jan-İv Leber (Jean Yves Leber) bildirib.

 

Onun sözlərinə görə, yenilənən enerji daha asan və ucuz əldə edilir: "Elektrik stansiyaları yüksək təhlükəsizlik standartları ilə tikildikdə istehsal olunan elektrikin qiyməti iki və hətta dörd dəfə baha olur. Sənayenin bugünkü inkişafı isə yenilənən enerjini daha səmərəli və fosil enerjilərinə nisbətən daha ucuz əldə etməyə imkan verir. Keçmişdə, odun, kömür və neftdən əldə olunan enerjidən qabaq buğdadan un almaq üçün külək enerjisindən istifadə olunub. Bu gün bizi maraqlandıran məsələ isə artıq onun qiyməti deyil, bu enerjinin dayanıqlığının təmin edilməsidir. Gecələr günəş batdıqdan sonra günəş enerjisindən istifadə etməkdə davam edə bilmək üçün onun səmərəli saxlanılması formaları bizi bu gün düşündürən məsələdir".

O bildirib ki, alternativ enerjinin qiyməti ənənəni enerji ilə müqayisədə xeyli sabitdir: 

"Bu enerjinin qiyməti dünya bazarında neftin ucuzlaşıb-bahalaşmasından, İsrail, Səudiyyə Ərəbistanı yaxud digər ölkələrdə baş verən siyasi dəyişikliklərdən, geosiyasi risklərdən asılı olaraq dəyişmir. Taleyini əlində saxlamaq istəyən ölkələr üçün bu, böyük üstünlükdür. Əvvəl bərpa olunan enerjilər üçün istifadə olunan ləvazimatlar baha başa gəlirdi. Lakin dünyada bu enerjinin istifadəsi artdıqca istifadə qiyməti də daxil olmaqla bu ləvazimatların qiyməti aşağı düşməyə başladı. Bu gün bu ləvazimaların qiymətləri həm aşağı, həm də hər yerdə eynidir. Günəş panellərinin bütün dünyada bir qiyməti var. Bu da başa gələcək dəqiq qiyməti hesablamaq və daha şəffaf olmağa imkan verir".

Ekspert bu gün alternativ enerjinin əldə olunmasının daha ekoloji yollarının tapıldığını vurğulayıb: 

"Günəş panellərinin hazırlanmasında istifadə olunan materiallar bərpa olunan materiallardır və bunlar ekologiyaya ziyanı dəymir. Günəş panellərinin 80-90%-i yenidən bərpa olunur. Lakin günəş panellərinin istehsalına yüksək miqdarda elektrik istifadə olunur. Elektrikin istehsalı da kömürdən istifadə edilən ölkələrdə havaya buraxılan karbon qazının miqdarı olduqca yüksək olur. Bu məsələ artıq istehsalçıların diqqət mərkəzindədir və günəş panellərinin istehsalı üçün bu gün karbonsuz elektrikdən istifadə edilməsinə üstünlük verilir. Günəş panellərini 20-30 il istifadə etmək mümkündür. İstifadəyə verildiyi vaxtdan keçən 2-3 ildə onların hazırlanmasına istifadə olunan enerjiyə çəkilən xərc ödənilmiş olur". 

Ekspert bu sahədə Almaniya təcrübəsinə də toxunub: "Almaniyada bərpa olunan enerji formalarından istifadə edilməsi yaşıllar partiyasının təsiri ilə həyata keçirilən siyasi seçimdir. Lakin eyni zamanda Almaniyanın bunda iqtisadi marağı var. Belə ki, Almaniya bərpa olunan enerjilər üçün istifadə olunan materiallar istehsal edən aparıcı ölkələrdəndir. Bu şirkətlərə xeyir vermək məqsədilə ölkədə bu enerjidən istifadə olunmağa başlanılıb. Lakin bunun iqtisadi tərəfdən sərfəli olmadığı aşkar olunub. Belə ki, Çin bu məsələdə Avropa ölkələrinə nisbətən daha faydalı maliyyə şərtləri ilə fərqlənir. Eyni zamanda, Çində elektrikə olan daxili tələbat Almaniya ilə münasibətdə qat-qat çoxdur". 

OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...