Fransadan Hadrutun keçmiş separatçı rəhbərliyi ilə bağlı qərar

Fransadan Hadrutun keçmiş separatçı rəhbərliyi ilə bağlı qərar
Fransanın İzer departamantinin əvvəl işğal altında olmuş Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv edilib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Qrenobl şəhər məhkəməsi 2019-cu il sentyabrın 20-də separatçı rejimin həmin departamentə səfəri zamanı imzalanmış qondarma "İzer departamenti ilə Hadrut rayonu arasında dostluq xartiyası"nı ləğv edib. Azərbaycan tərəfinin bu aktın qanunsuzluğu barədə iddiaları iki dəfə, 2020-ci ilin fevralında və noyabrında qaldırılıb.

Bu il sentyabrın 27-də qəbul edilmiş və rəsmi şəkildə Azərbaycan tərəfinə verilmiş məhkəmə qərarında vurğulanır ki, sənəd İzer departamentinin bələdiyyə şurasının sədri tərəfindən imzalanıb və Fransa Konstitusiyasının 5, 14, 20, 52 və 55-ci maddələrini pozur. Bu maddələrə əsasən, ölkənin xarici siyasət məsələlərinin həlli ölkə prezidentinin müstəsna səlahiyyətidir. Qərarda o da qeyd olunur ki, qanunsuz xartiyanı imzalamaqla bələdiyyə şurasının prezidenti Yerli idarəetmə orqanları Məcəlləsinin L.1115-1 maddəsini pozub. Bu maddə Fransanın beynəlxalq öhdəliklərinin yerli idarəetmə orqanlarının fəaliyyətinin bütün aspektlərinə şamil olunur.

Qeyd edək ki, 1,2 milyon əhalisi olan İzer departamenti Overn-Ron-Alp regionunun 13 departamentindən biri və ən böyüyüdür. Bu regionun payına yerli idarəetmə orqanlarının qanunsuz işğalçı rejim rəhbərliyi ilə imzalanmış akt və sazişlərin böyük əksəriyyəti (28 sənəddən 15-i) düşür.

Bu, artıq Fransa məhkəmələri tərəfindən ləğv edilmiş 11-ci qanunsuz sənəddir. Daha 2 iddiaya məhkəmələrdə baxılır. Əvvəllər işğal olunmuş Qarabağın separatçı rejiminə dəstək olaraq qəbul edilmiş sənəd və qərarların ləğvi ilə bağlı işlər davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...