Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb

Fransada silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
 Fransanın Havr şəhərindəki banklardan birində silahlı kişi bir neçə nəfəri girov götürüb.

Sfera.az xəbər verir ki, bu barədə "Le Figaro” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, o, 2 saatdan çoxdur binada 5 nəfəri girov saxlayır. O, girovları azadlığa buraxmaq üçün çoxsaylı tələblər irəli sürüb. Lakin həmin tələblərin nədən ibarət olduğu açıqlanmır.

Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb. 

OXŞAR XƏBƏRLƏR