Fransada polis binasına silahlı hücum

Fransada polis binasına silahlı hücum
Fransada keçirilən "Reyms” – "Bastia” oyunundan sonra polislə yaranan qarşıdurmada qonaqların bir azarkeşi yaralanmışdı.
"Qafqazinfo” xəbər verir ki, buna görə hələ də əsəbi soyumayan azarkeşlər şəhərdə bir polis binasına hücum ediblər.
100-ə yaxın azarkeş hücum zamanı molotov kokteylindən və silahlardan istifadə edib. Bunu Fransa polisi də təsdiqləyib.
Hücuma görə 8 azarkeşin saxlanıldığı da bildirilib.

OXŞAR XƏBƏRLƏR