Dünya

Fransada koronavirus epidemiyaya çevrilir

Fransada koronavirus epidemiyaya çevrilir
 

Fransa hökuməti koronavirusu ölkə ərazisində geniş yayıldığından epidemiya elan etmək niyyətindədir.

Sfera.az xəbər verir ki, bu barədə ölkə prezidenti Emanuel Makron Parisin cənub-şərqindəki qocalar evində keçirdiyi görüş zamanı bildirib.

"Hazırda epidemiyaya qarşı mübarizənin ikinci mərhələsindəyik. Yaxın günlərdə üçüncü mərhələyə, yəni virusun bütün bölgələrə yayıldığı və epidemiya olaraq səciyyələndirilən vəziyyətə qədəm qoyacağıq. O zaman əhalinin ən həssas təbəqəsini qoruyaraq virusla mübarizə aparmalı olacağıq", - prezident deyib.

Xatırladaq ki, 31 dekabr tarixində Çinin Uhan şəhərində ilk dəfə qeydə alınmış yeni koronavirusa yoluxanlar hazırda Çində 80 559 nəfər, dünyada 100 551, ölənlər Çində 3 042, dünyada 3 410, sağalanlar isə Çində 53 929, dünyada 55 991-dir. (report)


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930