Fransada azarkeşlərin stadionlara buraxılacağı tarix açıqlandı

Fransada azarkeşlərin stadionlara buraxılacağı tarix açıqlandı
 Fransa hökuməti ölkədə karantin rejiminin yumşaldılmasının növbəti mərhələsini elan edib.

Sfera.az xəbər verir ki, bu qərarla koronavirus pandemiyası səbəbindən tətbiq olunan bəzi qadağalar aradan qaldırılacaq.
 
Bu gecə 00:00-dan etibarən kinoteatrlar, kazinolar açılacaq, küçələrdə musiqi festivallarının təşkilinə icazə veriləcək. Yumşaldılma qərarı idman tədbirlərinə də şamil olunacaq.

İyulun 11-dən isə komanda idman növləri üzrə yarışlar bərpa olunacaq, futbol matçları zamanı 5 minədək azarkeş stadionlara daxil ola biləcək. Həmçinin insanların qaçış cığırlarından istifadəsi mümkün olacaq.

Stadionlarla yanaşı, hipodromlar da açılacaq. Döyüş idman növlərinə qoyulmuş qadağa isə hələlik qüvvədə qalacaq.

Qeyd edək ki, Fransada futbol mövsümü aprelin sonlarında dayandırılıb, PSJ çempion elan olunub. (report.az)

OXŞAR XƏBƏRLƏR