Fransada atışma: ölən və yaralananlar var
14:21 / 23.11.2015
1156
Fransanın Tulon şəhərində atışma baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində Fransa gömrüyünün zabiti ölüb, 2 polis isə yaralanıb.
Atışma qanunsuz silah dövriyyəsi ilə bağlı əməliyyat zamanı baş verib. Atəş açmış şəxs saxlanılıb.