Fransada Allaha inam getdikcə azalır - 51 faiz insan "yox" dedi

Fransada Allaha inam getdikcə azalır - 51 faiz insan
Fransada Allaha inam getdikcə zəifləyir.
 
Sfera.az xəbər verir ki, 2021-ci ildə fransızların yüzdə 51 faizi Allaha inanmadıqlarını söyləyib. Bu nisbət 2011-ci ildə yüzdə 44 faiz idi.

Din Jurnalistləri Birliyinin (Ajir)  araşdırmasına görə, sorğu zamanı respondentlər "Allaha inanırsınız?" sualına "yox" cavabı verib.
 
Maraqlı məqam ondan ibarətdir ki, 74 il əvvəl, yəni 1947-ci ildə fransızların 66 faizi Allaha inanırdı.
 
Araşdırmanın detallarında 65 yaşdan yuxarı insanların (58 faiz) və 18-34 yaşlarında (48 faiz) olanların ən çox Allaha inandıqları diqqət çəkir. Sorğuda respondentlərin 91 faizi "COVID-19 epidemiyası sizi dinə yaxınlaşdırıbmı?" sualına "yox" cavabını verib, lakin 9 faiz daha çox ibadət etdiklərini bildirib.
2009-cu ilin noyabr ayında ailələrin yüzdə 58 faizi bəzən din haqqında danışdıqlarını bildirsə də, bu gün insanların yalnız 38 faizi ailəsi ilə dini mövzularda danışdığını söyləyir. Dost mühitində bu nisbət yüzdə 29-a düşür.

Fransızların katolik dünyasının mənəvi lideri olan Papa Fransis haqqında fikirlərinə gəlincə, fransızların yüzdə 41 faizi düşünür ki, Papa Katolikliyin dəyərlərini "ədalətli", 44 faizi "nə yaxşı, nə də pis" və 15 faizi "olduqca pis" müdafiə edir.
 
Fransızların 54 faizinə görə bütün dinlər bərabərdir.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR