“Fransa XİN Azərbaycandan üzr istəməlidir” - Deputat

“Fransa XİN Azərbaycandan üzr istəməlidir” - Deputat
"Fransanın Ermənistandakı səfirinin Hərbi Qənimətlər Parkını "tamaşa" və Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırması əməlli-başlı diplomatiyadan kənar ifadələr və davranışdır”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. Millət vəkili qeyd edib ki, səfir birbaşa qərəzini ortaya qoyur və bu səfir üçün yolverilməz haldır:

"Azərbaycan XİN sözçüsünün fikri ilə də razılaşıram. Yəqin ki, səfir üçün "ləyaqət" anlayışı fərqli məna daşıyır. Amma inanmaq istərdim ki, Fransa dövləti üçün anlayış dünyanın qəbul etdiyi tərzdədir. Hərbi Qənimətlər Parkında nümayiş olunan eksponatların hamısı orijinaldır, döyüş meydanında vurulan və erməni hərbçilərinin döyüş meydanında qoyub qaçdığı hərbi texnikalardır.
 
Ölkəmin atdığı bu addım çox doğrudur və bizim şanlı qələbəmizi nümayiş etdirir. Azərbaycan xalqı və dünyada yaşayan soydaşlarımız və o cümlədən haqq və ədalətin yanında dayanan xalqlar və millətlər də bu muzeylə fəxr edir. Təəssüf edirəm ki, səfir bir milyona yaxın azərbaycanlının 30 il didərgin düşdüyünü, Ermənistanın işğal etdiyi əraziləri xarabazara çevirdiyini, məscidlərimizdə donuz saxladığını "unudub". Şəhər və kəndləri xarabazar edən bir xalq necə ləyaqətli ola bilər? Bu suala cavab versin”.
 
Deputat bildirib ki, Fransa XİN səfirin bu sözlərinə görə Azərbaycandan üzr istəməlidir.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərhində  "müharibə tamaşa predmeti olmamalıdır” deyib.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR