Fransa prezidenti Azərbaycana nə üçün gəlir? - \"Ermənistanda dediklərini Azərbaycanda desə...\"

Fransa prezidenti Azərbaycana nə üçün gəlir? - \
Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronun Ermənistandan sonra Azərbaycana rəsmi səfəri planlaşdırılır.
 
Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət fonda olmadığını nəzərə alsaq, belə sual yaranır: "Makronun Azərbaycana gəlməkdə məqsədi nədir?"
 
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu Makronun İrəvanda sərgilədiyi mövqeyinin Azərbaycanda təkrarlanmasının mənfi nəticələnəcəyini bildirib:
 
"Aydındır ki, Makron İrəvanda ermənilərin eşitmək istədiklərini deyəcək. Ancaq Makron anlayır ki, onun bu mövqeyi Azərbaycanı Fransadan daha çox uzaqlaşdırır. O İrəvanda dediklərini Bakıda təkrarlamaq istəyərsə, onun söylədikləri cavabsız qalmayacaq. Bu isə Fransa-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirəcək. Yox, əgər, Makron Bakıda daha diplomatik ifadələr işlətməyə üstünlük verərsə, bununla iki ölkə arasındakı münasibətləri bir qədər əvvəlki məcrasına qaytara bilər".
 
Politoloq Makronun prezidentliyi dövründə Azərbaycan-Fransa münasibətlərinin dəyişməyəcəyini deyib:
 
"Bütün halarda Makron ermənilərə rəğbətini gizlətmir və  həmsədr olaraq "balans” siyasətini çoxdan unudub. Makron prezident olduğu dövrdə Fransa-Azərbaycan münasibətləri normallaşmayacaq və onun Bakıya mümkün səfəri heç nəyi dəyişməyəcək".
 

Əzizə Zeynal

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...