\"Fransa həmsədrlikdən getməli olacaq\" - Monteskyu

\
"Fransada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe dini ayrı-seçkilik zəminində baş verir".

Sfera.az xəbər verir ki, bunu Fransanın fəxri senatoru Aymeri de Monteskyu (Aymeri de Montesquiou) bildirib.

O, Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədin qanun olmadığını deyib: "Bu, sadəcə, bir qətnamədir. Parlamentdə səsvermə keçirilən zaman insanlar istər-istəməz söhbətin qanundan getdiyini düşünürlər. Bu sənəd isə ictimai fikrə əsaslansa da, qanunla heç bir əlaqəsi yoxdur. Senatda sənədin qəbulu vaxtı hökumətdə bu məsələ ilə məşğul olan şəxsin müxalif qüvvələrdən olmasına heç bir şübhəm yoxdur. Sənədin Fransa Milli Assambleyasında səsverməsi Senatdakından tamamilə fərqli olacaq".

A.Monteskyu Fransada Dağlıq Qarabağ münaqişəsində ictimai fikrin yalnış olaraq ermənilərə haqq verməsinin səbəblərinə də toxunub: "Fransada dini ayrı-seçkilik baş verməsi səbəbindən ictimai fikir xristian olan ermənilərə üstünlük verir. Səhvən Ermənistanla Azərbaycan arasında baş verən bu münaqişəyə də dini aspektdən yanaşılır. Fransalılar xristian olan erməniləri müdafiə etməyə çalışırlar. Bu məsələdə Fransadakı ədalətsiz mövqe məhz dini ayrı-seçkilik zəminində baş verir. Lakin bununla bərabər unutmayaq ki, bu məsələdə söhbət beynəlxalq hüquq normalarından gedir və BMT-nin tanıdığı sərhədləri özbaşına dəyişmək mümkün deyil".

Sabiq senator Fransada hökumətin qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qəbul olunmuş sənədi nəzərə almayacağına əmin olduğunu vurğulayıb: "Bu sənədi siyasiləşdirmək yanlış olar. Çünki Fransa hökuməti münaqişədə olan tərəflərin birinin, yaxud digərinin tərəfini saxladığını nümayiş etdirən bir hala hələlik yol verməyib. Əgər hökumət iki ölkədən birinin tərəfini tutarsa, Minsk qrupunun üzvlüyündən getməli olacaq. Hökumətin bu qətnamənin arxasınca getməyəcəyinə əminəm"./Report

OXŞAR XƏBƏRLƏR

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...