Fövqəladə Hallar Nazirliyi məlumat yaydı - XƏSARƏT ALAN VAR

Fövqəladə Hallar Nazirliyi məlumat yaydı - XƏSARƏT ALAN VAR
İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. Bununla əlaqədar paytaxtda insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin müvafiq qəza-xilasetmə qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülüb.

FHN-dən Sfera.az-a bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsində fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində dağıntılar altında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasedici qrupu dərhal hadisə yerinə cəlb olunub və zərərçəkmişi xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Paytaxtın Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən şadlıq sarayının fasad şüşələrinin bir hissəsinin sınması, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən doqquzmərtəbəli binanın daş üzlüklərinin asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyətlərlə əlaqədar həmin ünvanlara cəlb olunmuş FHN XRXX-nin xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bundan başqa, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən iyirmimərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin fasad hissəsində kondisionerin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükəli vəziyyət yaratması barədə daxil olmuş məlumat əsasında XRXX-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, xüsusi alət və avadanlıqlar vasitəsilə kondisioner götürülərək sakinlərin təhlükəsizliyi təmin edilib.

Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən beşmərtəbəli binada dəmir lövhənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün yaratdığı təhlükəli vəziyyətlə əlaqədar hadisə yerinə cəlb olunmuş XRXX-nin xilasetmə qüvvələri müvafiq tədbirlər görərək təhlükəni aradan qaldırıblar.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü küləkli hava ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...